mobil versiya

Bakıda pedofil “futbol məşqçisi” barədə YENİ XƏBƏR




Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlılara qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən E.M.-in cinayət işi üzrə məhkəmə iclası başlayıb.

REPORTYOR.AZ “oxu.az”a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 17-nə təyin edilib. Qeyd edək ki, ötən il Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində azyaşlı uşaqlara qarşı seksual xarakterli zorakılıq edən şəxs istintaqa cəlb edilib.

Belə ki, futbol üzrə qeyri-rəsmi məşqçi işləyən Cəlilabad rayon sakini E.M.-in cari ilin may-iyul aylarında Sabunçu rayonu ərazisində kirayədə yaşadığı evdə azyaşlı uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə iyulun 16-da rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər dindirilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

E.M. iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə zərərçəkmiş kimi üç azyaşlı oğlan var.


BANNER / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 14-02-2020, 16:25