mobil versiya

ABŞ hakimiyyəti video oyunlarında terrorla mübarizə üçün 700 min dollar ayırdı



ABŞ Daxili Təhlükəsizlik Departamenti 699,763 dollar dəyərində tədqiqat qrantı dərc edib.

Bu məbləğ video oyunlar və tematik mesajlarda terrorizm və ekstremizmin təzahürləri, həmçinin qumar əyləncələrinin təşkili hallarının öyrənilməsi üçün nəzərdə tutulur.

“Son on ildə video oyunlar getdikcə daha çox yeniyetmələr və gənclər üçün sosial fəaliyyətin və şəxsiyyətin formalaşması mərkəzinə çevrilib. Ekstremistlər video oyunlardan və cəmiyyətdən təbliğat aparmaq, terrorçuları səfərbər etmək və öyrətmək, eyni zamanda bir çox müxtəlif məqsədlər üçün istifadə edirlər”, - deyə sənəddə bildirilib.

Layihə oyunlarda ekstremist fəaliyyətin aşkarlanması və qiymətləndirilməsi üzrə qabaqcıl təcrübələrin işlənib hazırlanmasına yönəldiləcək. Həmçinin müvafiq avtomatik sistemlərin yaradılması da nəzərdə tutulur. Bundan əlavə, ayrılan vəsait onlayn oyun moderatorları üçün təlim kurslarının yaradılmasına sərf olunacaq. Ayrılan qrant Midlberi İnstitutunun Terrorizm, Ekstremizm və Kontrterrorizmlə Mübarizə Mərkəzi, həmçinin oyunçuların psixi sağlamlığının öyrənilməsi üzrə ixtisaslaşan “Take This” qeyri-kommersiya təşkilatı arasında bölüşdürüləcək.

Mənbə: Gazeta.ru

DÜNYA
Tarix: 18-09-2022, 12:09