Robert Kennedinin qatili həbsxanada bıçaqlanıb
.ABŞ prezidentliyinə namizəd Robert Kennedini qətlə yetirməkdə ittiham olunan Serxan Serxan həbsxanada bıçaqlanıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o, dərhal xəstəxanaya yerləşdirilib.
Hazırda səhhəti stabildir. Məhkuma hücum edənin tapıldığı bildirilir.
Qeyd edək ki, 75 yaşlı Serxan Serxan məşhur Kennedilər ailəsinin üzvü, siyasətçi Robert Kennedini 1968-ci ildə qətlə yetirdiyinə görə məhkum olunub. Onun haqqında əvvəlcə ölüm hökmü çıxarılsa da, sonradan bu qərar ömürlük həbslə əvəzlənib. Serxan 50 ilə yaxındır ki, Kaliforniyada yerləşən həbsxanadadır.
Mirmehdi Ağaoğlu /APA/
DÜNYA / HADİSƏ

Tarix: 31-08-2019, 10:54