mobil versiya

Ərdoğandan gizli işğal xəbərdarlığı: “Amerika sizi xilas edə bilməyəcək”



“Türkiyənin təkləndiyini, dünyadan uzaqlaşdığını deyənlər indi quyruqlarını qısıb bir küncdə oturublar”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Yunanıstanı bizə hücuma təhrik edənlərin nə etmək istədiklərini çox yaxşı bilirik, bu çirkin ssenarilərə imkan verməyəcəyik.
Qərbi Trakya və adalarda yığılan silahların bizim üçün heç bir önəmi yoxdur. Çünki bizim gücümüz bundan çox-çox üstündür. Amma xatırlatmaq istərdik ki, bu, sözügedən ölkə üçün gizli işğal deməkdir.
Sizcə, Amerika və Avropanın dəstəyi sizi xilas edəcəkmi? Bu, heç bir işə yaramayacaq.
Biz addımlarımızı öz prioritetlərimiz və millətimizin mənafeləri çərçivəsində, heç kimin oyununa gəlmədən müəyyən edirik. Müharibənin ilk günlərində bizi səhv etməkdə ittiham edənlər indi bizim haqlı olduğumuzu təsdiqləyirlər. Kənardan gələn göstərişlərlə balanslı mövqeyimizi tənqid edənlər indi bizi mədh edirlər. Türkiyənin təkləndiyini, dünyadan uzaqlaşdığını deyənlər indi quyruqlarını qısıb bir küncdə oturublar”, - Türkiyə lideri bildirib. (Teleqraf.com)

GÜNDƏM / SİYASƏT
Tarix: 28-09-2022, 12:33