mobil versiya

İşsiz vətəndaşlara ŞAD XƏBƏR: Bu şəxslər proqramdan yararlana biləcək - VİDEO




Azərbaycanda 20 mindən çox işsiz vətəndaş işlə təmin olunacaq.

REPORTYOR.AZ xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin departament müdiri Hacı Əliyev "Xəzər Xəbər"ə bildirib ki, hazırda Dünya Bankı ilə birgə "Azərbaycanda məşğulluğa dəstək" layihəsi icra edilir.

Onun sözlərinə görə, layihəyə əsasən bu il 5 min 500-dən artıq vətəndaşa kiçik bizneslərini qurmaları üçün dəstək göstəriləcək.

Departament müdiri qeyd edib ki, proqramdan işsiz kimi qeydiyyatda olan vətəndaşlar yararlana bilərlər.

Hacı Əliyev işsiz vətəndaşlar üçün digər layihələrin də nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, digər məşğulluq xidmətlərində olduğu kimi, özünüməşğulluq proqramının icrasının da rəqəmsal platforması yaradılıb.


KARUSEL / SOSİAL
Tarix: 19-11-2021, 09:48