Qızı ölən Xalq artistinin ayaqları tutulub
Xalq artisti Əlibaba Məmmədovun səhhətində problem yaranıb.
REPORTYOR.AZ lent.az-a istinadən xəbər verir ki, 92 yaşlı xanəndə ayaqlarının tutulduğunu bildirib.
"Evdən çölə çıxmıram. Çünki yeriyə bilmirəm. Ayaqlarımda problem yaranıb. Evdə müalicə olunuram. İnşallah, yaxşı olar", - deyə Ə.Məmmədov söyləyib.
Qeyd edək ki, Ə.Məmmədovun bir neçə ay öncə qızı dünyasını dəyişib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 3-12-2021, 21:30