Şəhid olan və xəsarət alan hərbçilərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
Helikopter qəzasında şəhid olan hərbi qulluqçularımızın vərəsələrinə siğorta ödənişi veriləcək. Həmçinin yaralı hərbi qulluqçularımız üçün də ödənişlər ediləcək. Kəlbəcərdə Ermənistan ordusunun təxribatının qarşısını alan zaman şəhid olan hərbi qulluçularımızın ailələri üçün isə ödənişlərin bir hissəsi artıq verilib.
BAKU.WS xəbər verir ki, Xızıda helikopter qəzasında şəhid olan hərbçilərin vərəsələrinə veriləcək sığorta ödənişinin həcmi açıqlanıb. Vərəsələrə birdəfəlik 11 min manat sığorta ödənişi nəzərdə tutulub. Bunu jurnalistlərə açıqlamasında azərbaycan sığortaçılar assosiasiyası ictimai birliyinin icraçı direktoru Elmar Mirsalayev bildirib.
Elmar Mirsalayevin sözlərinə görə qəza zamanı xəsarət almış hərbçilərimizə də əlillik dərəcəsinə uyğun olaraq sığorta ödənişləri veriləcək.
Elmar Mirsalayev onu da bildirdi ki, 16 noyabrda Ermənistanın təxribatı zamanı Kəlbəcərdə şəhid olan həbçilərimizin vərəsələrinə sığorta ödənişlərinin verilməsi isə artıq icra olunur. Həmçinin həmin döyüşlərdə yaralanan hərbi qulluqçulara da əlillik dərəcəsinə uyğun olaraq sığorta ödənişləri veriləcək.
Şəhid ailələrinin vərəsələri sığorta ödənişinin alınması üçün ölüm haqqında şəhadətnaməni Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim etməlidilər. Yaralanmış şəxslər isə müvafiq əlillik dərəcəsini təyin edən sənədlə müraciət etməlidir.
KARUSEL
Tarix: 7-12-2021, 10:10