Azərbaycanda həkim 63 yaşlı qadını səhv əməliyyat edib? - VİDEO
Kürdəmirdə bir şəxs iddia edir ki, həkim onu səhv əməliyyat edib. Kor bağırsaq sancıları ilə xəstəxanaya müraciət etsə də, həkim tərəfindən öd kisəsi götürülüb. Hətta bu azmış kimi xəstənin daxilində əməliyyat zamanı tibbi vasitələr qaldığı da iddia olunur. Səslənən iddialara xəstəxananın baş həkimi də münasibət bildirib.
REPORTYOR.AZ xəbər verir ki, söhbət Kürdəmir rayon Ərşəli kənd sakini 63 yaşlı Zeynəb Hüseynovadan gedir.
O, 2020-ci ildə qrın boşluğunda olan kəskin sancılarla rayon ərazisində olan AS özəl kilinikasına müraciət edib. Xəstənin sözlərinə görə, müayinə zamanı ona kor bağırsağında-apendisitində iltihabın olduğu və bunun dərhal əməliyyat olunması deyilib.Əməliyyat Klinikanın baş həkimi Ağamir Ağayev tərəfindən olunub. Qadının iddiasına görə həkim onu səhv əməliyyat edib.
Əməliyyatdan bir neçə ay keçsədə Zeynəb Həsənovanın ağrıları yenidən kəskinləşib.Buna görə o, yenidən adı çəkilən kilinikaya müraciət edir. Bu zaman onu 2-ci dəfə əməliyyat ediblər. Zeynəb Hüseynova iddia edir ki,əməliyyatdan sonra onun bədənində tibbi bint qalıb.
Məsələ ilə bağlı Kilinikanın rəhbəri və həkim cərrahı Ağamir Ağayev səslənən iddalara belə cavab verdi.
Qadının əməliyyat olunan yerinin aylardır sağalmaması məsələsinə gəldikdə isə həkim deyir ki, o pasiyentə təklif edib ki, gəlin baxaq. Lakin özləri sonradan başqa həkimə getmək istəyiblər.
Qeyd edək ki, Zeynəb Hüseynova başına gələn bu hadisə ilə bağlı aidiyyəti qurumlara da müraciət edib.
KARUSEL / ÖLKƏ
Tarix: 18-01-2022, 12:00