Yüksək gərginlikli cərəyan 30 yaşlı şəxsi öldürdü
Gəncə sakinini yüksək gərginlikli cərəyan 30 yaşlı şəxsin həyatına son qoyub.
Hadisə şəhərin Poçt qəsəbəsində baş verib.
1992-ci il təvəllüdlü Röyal Əliyevi yüksək gərginlikli cərəyan vurub. O, hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, R.Əliyev şirkətdə fəhlə kimi çalışırmış. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 11-02-2022, 23:00