mobil versiya

Ağdamda yol çəkən texnika minaya düşdü



Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb.

REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib.

Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb.

Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb.
KARUSEL / HADİSƏ
Tarix: 17-04-2022, 20:31