mobil versiya

Universitetdən çıxandan sonra itkin düşüb - Polis Lamiyəni axtarır - YENİLƏNİB




Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi itkin düşüb.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə “Report”a universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, Memarlıq və inşaat fakültəsinin 3-cü kurs tələbəsi Binnətova Lamiyə Nizami qızı aprelin 1-dən sonra universitetə gəlməyib.
E.Babayev bildirib ki, L.Binnətova nümunəvi tələbə olub: "Həmin gün saat 16:50 radələrində müəllimdən icazə alıb və universitetdən çıxıb. Sonrakı günlər isə dərslərə gəlməyib. Məsələ ilə bağlı onun valideynləri ilə əlaqə saxlanılıb. Onun ailəsi Daxili İşlər Nazirliyinə məlumat verib. Hüquq-mühafizə orqanları axtarır”.

***08:40

Abşeronda itkin düşən gənc qız axtarılır.

REPORTYOR.AZ “qafqazinfo”ya istinadən xəbər verir ki, Xırdalanda yerləşən Bakı Mühəndislər Universitetinin tələbəsi Binnətova Lamiyə Nizami qızı aprelin 1-i ali təhsil ocağından çıxıb və naməlum istiqamətdə gedərək itkin düşüb.

21 yaşlı Lamiyəni görənlərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya Abşeron polisinə məlumat vermələri xahiş olunur.



KARUSEL / HADİSƏ
Tarix: 19-04-2022, 10:40