mobil versiya

65 yaşı tamam olmuş şəxslər hansı hallarda işləməyə davam edə bilərlər? - VİDEO


Azərbaycanda 65 yaşına çatmış işçilərin əmək müqaviləsinə xitam verilir. Ancaq bəzi şəxslər bu yaşdan sonra da işləmək istəyirlər.

Mövzu ilə bağlı millət vəkili Vahid Əhmədov "Xəzər TV"-yə bildirib ki, 65 yaşa çatan işçilərin bir qayda olaraq işdən çıxarılmasını düzgün hesab etmir.

Onun fikrincə, həmin şəxslərin bilik və təcrübələrindən yararlanmaq lazımdır.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Aynur Osmanqızı isə deyib ki, əmək faəliyyətindəki yaş həddi ilə bağlı qaydalar özəl və bəzi dövlət müəssisələrinə aid edilmir.

O əlavə edib, 65 yaşını tamamlamış şəxslər istisna hallarda əmək fəaliyyətinə davam edə bilərlər. Amma bunun üçün sadəcə işçinin istəyi kifayət etmir.

Sektor müdiri bildirib ki, istisna hallarda dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçilərinin əmək müqaviləsi 5 ildən artıq müddətə uzadıla bilər. Bunun üçün həmin şəxsin elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmalıdır.


KARUSEL / SOSİAL
Tarix: 8-06-2022, 12:00