Özü ilə döyüşdə uduzan boksçu xəstəxanada dünyasını dəyişdi - FOTO/VİDEO
Özü ilə döyüşdə uduzan boksçu xəstəxanada dünyasını dəyişib.
REPORTYOR.AZ "oxu.az"a istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat verib.
Qeyd edək ki, Cənubi Afrikadan olan döyüşçü Simiso Butelezi yüngül çəkidə Afrika çempionu titulu uğrunda mübarizə aparıb. Döyüşün favoriti olsa da, son anda nəsə düz getməyib: Butelezi kölgə ilə mübarizə aparmağa başlayıb və hakim mübarizəni dayandırıb.
Simiso dərhal xəstəxanaya göndərilib, ona beyin qanaması diaqnozu qoyulub. Yerli mətbuatın yazdığına görə, həkimlər onu süni komaya salsalar da, xilas edə bilməyiblər.
Həkimlər çaşqınlıq içində qalıblar, çünki döyüş boyu daha ağır zərbələr endirən Butelezi olub. Onlar həmçinin ehtimal edirlər ki, o, bəlkə də, zədəli olduğu halda yarışıb.
“Boxing South Africa” turnirinin təşkilatçıları zədə ilə bağlı müstəqil tibbi müayinə keçirəcəklərini və sonra nəticələri ictimaiyyətə açıqlayacaqlarını vəd ediblər. Butelezi 24 yaşında idi. İki həftə əvvəl o, universiteti botanika və zoologiya ixtisası üzrə bitirib.
KARUSEL / DÜNYA
Tarix: 9-06-2022, 13:15