mobil versiya

Boksçu qız kişilərlə döyüşmək üçün cinsini gizlədib - FOTO



Rusiyalı boksçu Tatyana Dvajdova kişilərlə döyüşmək üçün cinsini gizlədirmiş.

Bu barədə boksçu Federal Xəbər Agentliyinə (FAN) müsahibəsində bildirib.

Onun sözlərinə görə, mübarizələrə Vladimir Yermolayev kimi qatılıb, çünki öz adı ilə iştiraka icazə verilməyib.

“Mən boksla məşğul oluram və qadınların kişilərlə döyüşə buraxılmasının tərəfdarı kimi çıxış edirəm”, - deyə o bildirib.

Boksçu qız əlavə edib ki, özünü kişilərdən zəif hesab etmir, çünki həvəskar döyüşlərdə dəfələrlə onlara qalib gəlib.

Məlumata görə, T.Dvajdova 17 həvəskar mübarizəyə qatılıb. Onun rəqiblərinin hamısı kişi olub.






















MARAQLI / KARUSEL / DÜNYA
Tarix: 6-03-2020, 11:45