mobil versiya

Arvadını yad kişilərlə tutan ər efirə çıxdı: "Qapıdan gizlincə qulaq asdım" - VİDEO



Arvadının xəyanət etdiyini iddia edən kişi efirə çıxıb.

REPORTYOR.AZ baku.ws-ə istinadən xəbər verir ki, ARB TV-nin "Elgizlə izlə” verilişinə çıxan Eldəniz adlı kişi həyat yoldaşı təfərindən xəyanətə uğradığını bildirib.

O, vurğulayıb ki, boşanmış qadınla evlənib.

"Onu uşağı olmamağı üstündə boşamışdılar. Biz evlənəndən 5 il sonra övladı oldu.

Uşağımız olandan 8 gün sonra həyat yoldaşımı başqası ilə telefonla danışanda tutdum.
Dedi Moskvada əmimlə danışıram, dayımla danışıram.

Polisə və prokurorluğa müraciət etdim. Dedilər nömrə izlənəcək, lakin bir xəbər çıxmadı”, - deyə Eldəniz bildirib.

Həyat yoldaşının xəyanətini bağışlasa da, sonradan yenə də aldadılıb.

"İşdən evə gələndə qapıdan gizlincə qulaq asdım. Gördüm ki, telefonda kimləsə danışır, ağlayır. Ağlaya-ağıaya deyir ki, nə vaxta kimi məni incidəcəksən, özümü öldürəcəyəm”.

Eldəniz iddia edib ki, arvadı evlərinin altında xüsusi yer açıb. Evdə adam olmayanda yad kişilərlə həmin yerdə görüşürmüş.



MANŞET / BANNER / KARUSEL / SOSİAL / ÖLKƏ
Tarix: 7-01-2020, 14:33