mobil versiya

Britaniyanın Baş Qərargah rəisi Rusiyanın sirr saxladığı məlumatları açıqladı




Moskvanın sirr kimi saxladığı məlumatlar ifşa olunub.

REPORTYOR.AZ
bildirir ki, Britaniya Baş Qərargah rəisi, admiral ser Toni Radakin Rusiyanın aylardır yeniləmədiyi hərbi itkilərlə bağlı diqqətçəkən açıqlama verib.
 
Ukraynalı zabitlərlə görüşən Radakin Rusiyanın müharibədə ölən və yaralanan əsgərlərinin sayının 50 minə çatdığını deyib.
 
"Mirror" qəzetində yer alan xəbərə görə, Radakin "Rusiya quru döyüş qabiliyyətinin 30 faizdən çoxunu itirib", deyə söyləyib. Britaniya komandiri müharibə zamanı təxminən 1700 rus tankının və 4000 zirehli texnikanın məhv edildiyini də vurğulayıb:
 
“Bununla belə, Rusiya nüvə dövləti olaraq qalır, kiber və kosmik imkanlara malikdir”.
 
Qeyd edək ki, Rusiya aylardır hərbi itkiləri açıqlamaq istəmirdi. Moskva məsələ ilə bağlı ilk və son rəsmi bəyanatını martın 2-də verib.
 

KARUSEL
Tarix: 18-07-2022, 14:23