mobil versiya

Dəyərli işçinizi əldə saxlamaq üçün mübarizə aparmalısınızmı?


 

Cib telefonuna mesaj gəldiyini bildirən siqnal səsi Surxay müəllimi diksindirdi. Dəqiqələrdir şirkətdəki durumu analiz edən, gəzən dedi-qodulara son verməyin yöntəmlərini düşünən direktor, Planlama Şöbəsinin müdiri Rasimin “Salam Surxay müəllim, vaxtınız varsa sizinlə danışmaq istəyirəm” mesajını oxuduqdan sonra lap gərildi.

Surxay qida sektorunda fəaliyyət göstərən “K&M” şirkətinin direktoru, Rasim isə həmin şirkətin planlama fəaliyyətlərindən məsul olan bir rəhbərdi. Şirkətin bütün planlama siyasətini uğurla idarə edirdi və nəticə etibariylə hər şey qaydasındaydı. Lakin Surxay müəllim bilirdi ki, Rasimdən gələn bu mesaj heç də yaxşılığa deyil.

Rasimin mesajına “Əlbəttə, buyur gəl, danışaq” deyə cavab yazdı. Rasim direktorun kabinetinə daxil oldu, qapını örtərək rəhbəri ilə üzbəüz oturdu. Boğazını arıtlayaraq “Surxay müəllim, fikrimcə, sözü uzatmağın mənası yoxdu, mən işdən ayrılmaq barədə qərar vermişəm” dedi.


Surxay müəllim qəlbinə bir ağırlıq çökdüyünü hiss etdi. Rasim işdən ayrılacağı təqdirdə planlama fəaliyyətinin Rasim olmadan necə həyata keçiriləcəyini düşündü. Bazarda amansız rəqabətin hökm sürdüyü bir zamanda planlamanı ən yaxşı bilən və idarə edən bir əməkdaşı ona işdən ayrılacağını deyirdi. İçində duyduğu ağırlığı və qəzəbi bəlli etməməyə çalışaraq ondan işini harda davam etdirəcəyini soruşdu. Rasim, “BARS” MMC-dən təklif aldığını söyləyincə, Surxayın kefi lap pozuldu:  “BARS” MMC sektorda “K&M”-in əsas rəqiblərindən biri idi. Rasim “Mənə burda aldığımdan 20 faiz artıq maaş, əlavə mükafat vəd ediblər” deyərək sözünə davam etdi.

Surxay müəllim cəmi iki-üç ay əvvəl Rasimdən işdən ayrılacağı barədə yayılan dedi-qoduları soruşduğu zaman Rasim “əlbəttə bir çoxumuz başqa yerlərdən iş təklifləri alırıq, ancaq mən bu təklifəri rədd edirəm, narahat olmayın” deyə onu əmin etmiş, o da Rasimə inanmışdı. Həmçinin, bu söhbətdən sonra Rasimin maaşına artım etmiş, yaxşı mükafat vermişdi.
  • Bu qərarın haqda başqa bilən varmı?
  • Hələlik sadəcə ailəm və bir də təbii ki, Murad bilir.
Murad da uğurlu gələcək vəd edən bir işçi idi və Rasimlə çox yaxın münasibətləri vardı. Birlikdə çox gözəl tandem təşkil edir, son dərəcə uğurlu fəaliyyət göstərirdilər. Surxay bir anlığa Muradın da Rasimin ardınca işdən ayrıla biləcəyini düşündü. Sektorda bu kimi fəaliyyətlər normaldı və zaman-zaman işçilərin çalışdığı şirkəti rəqib firmaya dəyişmə halları olurdu.

Belə bir vəziyyətdə Rasimin işdən ayrılmaq qərarını gizli saxlaması şirkət baxımından yaxşı bir şey idi, əks halda şirkət içində münasibətlər ciddi anlamda pozula bilərdi. Xüsusilə, planlama tərəfində işlər..... Surxay müəllim bunu ümumiyyətlə düşünmək belə istəmirdi.

Məsələnin hələ şirkət içində yayılmaması Surxaya Rasim məsələsini İnsan Resursları ilə müzakirə edib dəyərləndirmək üçün zaman qazandıran faktor idi. Surxay əvvəl çalışdığı şirkətdə müavininə başqa bir firmanın iş təklifinin qarşısını almaq üçün ona önləyici bir təklif etmişdi. Bu xətası onun bir il  boyunca şirkətin digər əməkdaşlarının maaş artımı tələbləriylə uğraşmasına səbəb olmuşdu.

  İşdən ayrılmaq istəyənin arxasınca qaçmalımı, qaçmamalımı?

Surxay bir çox şirkətin işdən ayrılmaq istəyən əməkdaşa ayrılmaması üçün əks təklif verməyə qarşı yürütdükləri “işdən ayrılmaq istəyənin arxasınca qaçmamaq” siyasətlərinin fərqindəydi. Lakin “K&M”də bu tərz durumları ayrı-ayrılıqda dəyərləndirirdilər. Rəhbərlər əllərindən qaçırmaq istəmədikləri əməkdaşlar haqqında nə edə biləcəklərini müzakirə etdikləri halda şirkət üçün o qədər də əhəmiyyətli olmayan işçilər üçün eyni səyi göstərmirdilər. Rasim də bu mənada birinci kateqoriyaya aid olanlardandı.
Artıq il sonu yaxınlaşırdı, Rasimlə növbəti ilin planları haqda müzakirələrə başlayacaqdılar. Lakin yeni situasiya işləri dalana aparırdı. Surxay “Rasim, sadəcə planlama mövzusundan narahat deyiləm, səninlə və gələcəyinlə bağlı da əndişələrim var. Ölkənin ən yaxşı qida şirkətlərindən biriyik. Həqiqətən də işdən ayrılmaq istəyirsənmi? Məsələ sadəcə maaşla, pullamı bağlıdır?” – deyə davam etdi.

Rasim “Təbii ki, maaş işdən ayrılma səbəblərimdən biridir. Lakin iş həyatımda bir dəyişiklik olmasını istəyirəm. Burda qaldıqca sanki paslanıram və açığı “BARS”ın şirkət mədəniyyəti, vəd edilən karyera imkanları da məni çox cəlb etdi” – deyə cavab verdi.

Surxay “ burada sənə nə qədər dəyər verdiyimi bilirsən. Hamımız səni burada yüksək yerlərdə görmək istəyirik. Burada qalman üçün bizə daha bir fürsət verə bilməzsənmi” deyə sual etdi.

Rasim başını bulamaqla qərarında qəti olduğunu göstərdi. Surxay sözünə davam etdi: “Mənə məsələyə çözüm tapmaq üçün günün sonunadək möhlət ver. Bu qədər tez qərar verməni istəmirəm. Bundan başqa sənin kimi bir iş yoldaşını itirəcəyim üçün nə qədər üzüldüyümü də sənə anlada bilmirəm”.

Rasimin üz ifadəsi bir qədər yumşalmışdı. Gün sonunadək gözləyib yeni təklifi gözdən keçirəcəyinə söz verdi.

 Xəyanət, yoxsa təbii qanunauyğunluq?

 

Rasim otaqdan çıxar-çıxmaz Surxay müavini və İnsan Resursları direktoru, həmçinin ən yaxın yoldaşı Sərxana zəng elədi: “Təcili görüşməmiz lazımdı”.

Surxay mövzudan Sərxana bəhs edərkən qəzəbinin daha da artdığını hiss etdi:

“Bəlkə də onu şirkətdə saxlamaq üçün cəhd etməməliyəm. Bəlkə də ən xeyirlisi budur. Bütün üzləşə biləcəyimiz şərtləri gözdən qaçırdığım üçün özümə çox qızıram. Mövcud layihlərin fərqində olmalı, əməkdaşları əldə saxlama və rezervləmə planlamalarında daha təşəbbüskar olmalıydım.
Amma məni yandırıb-yaxan odur ki, iki ay əvvəl işini dəyişməyəcəyinə söz verməsinə rəğmən, görünən odur ki, arxamdan iş çevirib, biriləriylə iş görüşmələri edib”.

Sərxan dərhal cavab vermədi. Surxayın yarasına duz basmaq istəmirdi. Handan hana dilləndi:
  • Sizi analyıram Surxay müəllim, özünüzü xəyanətə uğramış kimi hiss edirsiniz. Lakin etiraf edək ki, “BARS”-ın onu ovladığını gəlib sizə deyəcəyi də ağlabatan deyil. Kimsə belə bir şeyi söyləməz. Bundan başqa adam olduqca bacarıqlı və istedadlı bir mütəxəssisdirsə əlbəttə təklifər alacaq.
Ortaya sükut çökdü. Surxayın Rasim kimi istedadlı və bacarıqlı mütəxəssislərə nə qədər çox tələb olduğunu qəbullanması gərəkirdi. Sərxan “Yaxşı, bəs Murad haqda nə düşünürsünüz? Sizcə, planlama işini eyni templə davam etdirə bilərmi” – sualı ilə sükutu pozdu.
  • Sən də bilirsən ki, Murad ağıllı və çox savadlı oğlandı. Lakin Rasim qədər təcrübəli deyil. Bu səbədən ona müştəri olacaq firmanın Rasimə təklif etdiyi şərtlərin eynisini Murada da təklif edəcəyini sanmıram. Üstəlik onun yetişməsi üçün mənim ciddi şəkildə onunla bərabər çalışmam gərəkir ki, bu qədər işin-gücün ortasında bir də Murada ayıracaq zamanım yoxdu. Üstəlik, o da “BARS” – dan iş təklifi alıb.  
  • O zaman uyğun hesab edirsinizsə, belə edək. Siz təklikdə Murad ilə danışın, ağlındakıları çözməyə çalışın. Mən də işə qəbul müdiri ilə bu məsələni sürətli bir şəkildə necə həll edilə biləcəyimiz mövzusunda görüşüm, sonra yekun dəyərləndirmə edək.
Surxay fikirli-fikirli başını tərpəti. Əlbəttə, kənardan gec-tez birini tapa biləcəklərini o da bilirdi. Lakin şirkətin siyasəti bəlliydi, bu cür strateji yerə kənardan, tanımadıqları birini almağa yox, içəridən yetişdirməyə üstünlük verilirdi.

  Hansı daha önəmlidir: karyera fürsətimi, maddiyyatmı?

Surxay Muradı yanına çağırdı: “Eşitdiyimə görə Rasim aldığı təklif haqda səninlə çoxdan danışıb”.
  • Bəli danışdı, çox yaxşı bir təklifə bənzəyir.
  • Yaxşı deyərkən, onun üçünmü yoxsa sənin üçünmü?
  • Əlbəttə, mənim üçün də yaxşı oldu.
  • Demək sən də onunla getməyi düşünürsən?
  • Əslində “BARS” maaşı daha yüksək bir təklif verdi. Ancaq hələlik qəbul emtədim.
Surxay planlama mütəxəssisləri üçün motivasiya edici faktorların başında xüsusilə maaşın durduğunu bilirdi. Fəqət şirkət mədəniyyəti, etibar, karyera imkanları və yaxşı bir komanda liderliyi də olduqca əhəmiyyətli idi. Surxay Muradın “K&M”in verdiyi prestiji, rəhbərliyin dəstəyini və erkən karyera yüksəlişi ehtimalını diqqətə alacağına ümid edirdi. Normalda bir əməkdaşın çox sürətli karyera yüksəlişi praktik baxımdan doğru olmasa da, Rasim həqiqətən də işdən ayrılardısa, Muradı irəli çəkmək şirkət baxımından həm vaxt qazandıran, həm də daha kiçik maliyyətli bir qərar olardı.

Surxay “Murad, sənə hələ ki, dəqiq bir söz vermirəm, lakin vəzifə artımın sənin burda qalmana təsir edərmi” deyə soruşdu.

Murad məmnun bir ifadəylə “qərarımı təkrar düşünməyim üçün qəti şəkildə təsir edərdi” dedi.

Surxay “Sənə qarşı dürüst olacağam. Əgər Rasim işdən ayrılarsa, hələ ayrılmayacağına ümid edirəm, onunla eyni təcrübəyə sahib bir planlamaçını onun yerinə gəlməsini istərdim. Lakin bunu müəyyən səbəblərdən edə bilmirəm. Yəni bu dudurm sənin üçün bir fürsət ola bilər. Səni burada saxlamaq üçün nə lazımdırsa edəcəm. Planlama mövzusunda davamlılığa ehtiyacımız var. Bütün proseslərdə yaxından iştirak etdin və situasiyanı, rəqibləri çox yaxşı bilirsən. Düşünüb, bu mövzuda səninlə təkrar görüşəcəm” dedi.

İçində isə özünü daha çox narahat hiss edirdi. İndi iki əməkdaşı üçün əks təklif hazırlamalıydı.

 Qərar anı: Saxlamaqmı, göndərməkmi?

 

Surxay nahardan sonra təkrar Sərxanla görüşdü. İnsan Resursları direktoru “Təəssüf.... Buraya gəlmədən əvvəl işə qəbul müdiri ilə danışdım. Bu sektora bələd olan və Rasim səviyyəsində bir mütəxəssisi tapmaq mövzusunda çox da ümid vəd edən bir şey söyləmədilər. Təxmin etdiyiniz kimi, bir sıra namizədlər var, amma heç biri Rasim profilində deyil. Variantlara gəlincə, əlimizdə üç variant var: əks təklif, vəzifə artımı və kənardan biri ” - dedi.
  • Bu sahədə planlamaçının çox çətin tapılan mütəxəssilərdən olduğunun fərqindəyəm.
  • Bəlkə də Rasimin “BARS”ı seçmə səbəbi həmin şirkətin inklüzivliyi (əməkdaşların müxtəlif ehtiyaclarının ödənilməsinin hamı üçün əlçatan olması) və ya şirkət rəhbərliyinin təmin etdiyi variasiya (əməkdaşların iş mühitinin dəyişməsi və daha rəngarəng olmasını, cansıxıcı olmamasını təmin edəcək siyasət) olduğunu qəbul etmək lazımdır.
Surxay qəbullanmış bir ədayla “və bu bəhs etdiklərin bizdə yoxdur” dedi. Sərxan “doğrudur, hələlik yoxdur. Ancaq sizin də bildiyiniz kimi, üzərində çalışırıq və bu mövzunu Rasimə anlatmağımız lazımdır” deyə qarşılıq verdi.

Surxay “İşə qəbul qurumları sadəcə böyük şirkətlərləmi işləyir? Bəlkə bir az kiçik firmalardan da maraqlanaq. Rasim də səhv etmirəmsə, oralardan gəlmişdi” – fikirli-fikirli dilləndi. Sərxan, planlama mütəxəssisi hovuzunun olduqca məhdud olduğunu xatırladaraq “Bundan başqa deyək ki, birini tapdıq - işə alma, yerləşdirmə, işə alışdırma müddəti hardan baxsanız 4-5 ay sürəcək.” – deyərək üzləşə biləcəkləri risklərdən duyduğu əndişəni dilə gətirərək davam etdi: “Muradın Rasimin sağ qolu olduğunu və işləri davam etdirə biləcək səviyyədə olmasını nəzərə alsaq, məncə Muradın vəzifəsini artırmaq variantında daha isti yanaşmalıyıq. Hər zaman içəridən birini irəli çəkmək haqqında danışırıq və bu dediklərimizin söz olaraq qalmaması adına gözəl bir fürsətdir”.
  • Muradın idarəetmə təcrübəsinin azlığından əndişəliyəm. İşə çox müdaxilə etməm gərəkəcək. Murada edəcəyimiz təklifi Rasiməmi etsək?
  • Bu variantı təbii ki, sınaqdan keçirə bilərik. Amma risqləri diqqətli bir şəkildə gözdən keçirməmiz lazımdır. Deyək ki, Rasimin maaşını 20 faiz artırdıq. Bu xəbər şirkətdəki hər kəsin qulağına gedəcək. Və hər kəs lazım olduğundan az maaş aldığını düşünəcək. Bu hissiyatın da şirkət dəyərlərinə və tarazlığına nə qədər zərər verəcəyini siz məndən daha yaxşı bilirsiniz.
Surxay dərindən içini çəkdi: “Nə edəcəm? Günün sonunadək bir plan hazırlamalıyam”.

Sual: Surxay nə etməlidir, Rasimə bir təklifmi etməli, Muradın vəzifəsini və maaşınımı artırmalı, yoxsa kənardan namizədlərimi dəyərləndirməlidir?

KARUSEL / ÖLKƏ / YAZARLAR
Tarix: 31-07-2022, 16:48