Rasim Məmmədovu o əvəzlədi
“Baku Steel Company”yə yeni baş direktor təyin edilib.
REPORTYOR.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, bu vəzifəni Kamal Mirsahib oğlu İbrahimov tutub.
Bundan əvvəl Kamal İbrahimov “Qala Sığorta” şirkətinin rəhbəri olub.
“Baku Steel Company”nin bəyanatında deyilir ki, şirkət Azərbaycanda və bütün Qafqazda metallurgiya məhsullarının ən böyük istehsalçısıdır. Şirkətdə 1500-ə yaxın əməkdaş çalışır.
"Son günlər şirkətimiz haqqında müxtəlif yoxlanılmamış informasiyaların yayılması ilə əlaqədar bildiririk ki, şirkətə daxil olan bütün müəssisələr adi rejimdə işləyirlər. Zavodlarımız yüksək keyfiyyət standartlarına cavab verən məhsullar istehsal etməkdə davam edir", - deyə şirkətin bəyanatında bildirilir.
Xatırladaq ki, əvvəllər “Baku Steel Company”yə tanınmış biznesmen Rasim Məmmədov rəhbərlik edirdi. O, külli miqdarda pul mənimsəmə ittihamı ilə həbs edilib.
SON XƏBƏR / GÜNDƏM / ÖLKƏ
Tarix: 9-02-2021, 10:57