Azərbaycanda şirkət rəhbəri həbs olundu
Azərbaycanda şirkət rəhbərinin həbs edilməsi üçün əməliyyat keçirilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Adıgözəlov Füzuli Qəşəm oğlu həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 213.2.2-ci (külli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilib.
Füzuli Adıgözəlovun MMC rəhbəri olduğu bildirilir.
SON XƏBƏR / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 9-09-2020, 17:00