mobil versiya

Narkotiklərlə bağlı hər şeyi ETİRAF ETDİ: Elə düşünürdüm ki... - VİDEO




Azərbaycanda narkotik istifaçilərindən daha biri gəncləri dəhşətli bəladan uzaq durmağa çağırıb.

Nail Kəmərlinin "YouTube" kanalında qonaq olan Cavid Nasosnu adlı şəxs aludəçisi olduğu narkotik vasitələrin dəhşətli təsirindən danışıb.

O bildirib ki, ilk əvvəldə bundan istifadə edən şəxslər müvəqqəti ləzzət alsa da, sonradan bu ləzzət məşəqqətə və dəhşətə çevrilir:
"İnsan özünü bir anda xoşbəxt hiss edir. Elə bilirsən ki, hər şey normasındadır. Bu başlanğıcda belə olur. Sonra həmin hisləri təkrar yaşamaq istəyirsən. Bir də ayılırsan ki, biriki aydır bundan istifadə edirsən. Dayanmaq istəyirsən, amma bunu edə bilmirsən. Bir yerdə qərar tuta bilmirsən. Özünü aldatmağa başlayırsan. Elə düşünürsən ki, dayanaram, amma olmur.

Gənclərin narkotikə meyllənməsində kinoların da rolu az deyil. Bəzi kinolarda narkotiklərdən istifadə edən baş rolların ifaçıları fanatları üçün nümunə qoyurlar.

Mən də təzə başlayanda elə düşünürdüm ki, bu nə pul aparacaq? Amma narkotik pulu aparmaqla yanaşı, insanın həyatını da məhv edir".


KARUSEL / GÜNDƏM
Tarix: 24-08-2022, 13:13