Nisə Qasımova xərçəng olduğunu etiraf etdi: “Əməliyyat olundum, bundan sonra...”
Xalq artisti Nisə Qasımova xərçəng xəstəliyinə tutulduğunu etiraf edib.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə sənətçi “İnstagram” hesabında paylaşım edib. O bildirib ki, əməliyyat olunduqdan sonra səhhəti yaxşıdır:
“Bəli, mən uzun müddətdir ki, görünmürdüm. Bundan sonra sosial şəbəkə hesabımda varam. Eşitdiyiniz xəbər doğrudur. Bəli, əməliyyat oldum, kiçik bir əməliyyatdır, narahat olmağa dəyməz. İstəməmişəm ağrılarımı, acılarımı sizə bildirim. Hər bir insanın başına hər bir xəstəlik gələ bilər. Elə böyük qorxulu bir şey deyildi. Bundan sonra, yeni mahnılar üzərində işləyəcəm”.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 24-09-2020, 10:38