mobil versiya

Nisə Qasımova yeni il verilişlərinə çıxmamasının səbəbini açıqladı - VİDEO



Xalq artisti Nisə Qasımova 2020-ci ilin ilk klipini təqdim edib.

REPORTYOR.AZ
xəbər verir ki, telekanallarda yayımlanan yeni il çəkilişlərindən imtina edən müğənni klipini paylaşaraq qeyd edib.

“Bu il yeni il çəkilişlərində iştirak etməyə həvəsim olmadı. Düşündüm ki özüm klip çəkib sizə hədiyyə edim. "Sənli xatirələri" sizə hədiyyə edirəm.
Ümid edirəm ötən il xoş xatirələrlə yaddaşınıza həkk olunub", - deyə Xalq artisti bildirib.

Qeyd edək ki, “Caspian Media Holdinq” tərəfindən hazırlanmış video Ukrainanın Kiev şəhərində çəkilib. Klipdə Nisə xanımın gəncliyini Koreyada çalışan ukraynalı model İrma Zerkidze, tərəf müqabilini isə Kənan Mehdi ifa edib.

"Sənli xatirələr" adlı mahnının sözləri Baba Qədirli musiqisi Vüqar Mirzəyevə aiddir.



MARAQLI / KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 2-01-2020, 12:00