Röya efirə içkili çıxdığını etiraf etdi - VİDEO
Xalq artisti Röya Ayxan İTV-də yayımlanan "3D” proqramının qonağı olub.
REPORTYOR.AZ xəbər verir ki, sənətçi Dadaş Dadaşlinskinin "Xəzər TV-də Nəsib Nurun verilişinə içkili çıxmışdınız” sualını cavablandırıb.
Müğənni həmin gün qonaqlıqda olduğunu və içki qəbul etdiyini etiraf edib:
"Bir az dozunu qaçırmışdım. 12 ildir yanımda işləyən sürücümün oğlu dünyaya gəlmişdi və biz həmin gün qonaqlıqda idik. Bir az içkinin qədərini qaçırtdım. Üzr istəyirəm”.
MARAQLI / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 3-12-2019, 10:15