mobil versiya

Cümşüd Nuriyev xanımlardan üzr istədi: "Belə deməli deyildim" - VİDEO




İctimai Televiziyanın “3D” adlı layihəsində aparıcı Dadaş Dadaş oğlu Dadaşlinskinin bu dəfəki qonağı AzTV-nin efirində qalmaqallı çıxış edən politoloq Cümşüd Nuriyev olub.

Efir zamanı “Lüba” xarakteri ilə efira çıxan xanım politoloqa öz etirazını bildirib. “Lüba” stolunun üstündə “qadınlara hörmət” yazılan lövhə qoyub.

Daha sonra Dadaş Dadaşlinskinin qəbuluna girən Cümşüd Nuriyev həmin gün Qarabağ savaşı zamanı döyüşən qadınlardan ibarət batalyonun üzvlərinin ünvanına səsləndirdiyi ifadələrə aydınlıq gətirib.


Yaxınları arasında boşanmış qadınların olduğunu etiraf edən Cümşüd Nuriyev efirdə səsləndirdiyi fikirlərin konteksdən çıxarıldığını bildirib.
O, bildirib ki, fikirlərinin arxasını verməyiblər. Dadaş Dadaşlinskinin sərt sualından sonra Cümşüd Nuriyev nəhayət ki, emosional vəziyyətdə fikirlərini düzgün ifadə etməyib.

“Söhbət bilavasitə parlamentə hücumdan gedirdi. Həmin vaxt mən millət vəkili kimi orada idim. O vaxt keçirdiyim emosiyanı təkrar yaşadım. İnsan emosional vəziyyətdə olanda dili ilə beyni ilə dili arasında müəyyən problem yaranır.
Ərindən boşanmaq məsələsinə gəlincə, o qadınları tanıyırdım.

Fikrim həmin anda kadrlara baxa-baxa söylədiyim fikirlərdir. Sayt mənim dediyim sözləri verir. Orada konkret xanım Xəlilovanın batalyonu demək istədim. Oradakı qadınların heç biri döyüşməmişdi”, - deyə politoloq bildirib.

Aparıcının “Bu ona əsas verir ki, boşanmış qadın deyəndə onları əxlaqsız demək olar?” kimi sərt suallarına Cümşüd Nuriyev doğru-düzgün cavab verə bilməyib.

Politoloq nəhayət danışığı zamanı üslub seçiminin səhv olduğunu etiraf edib. Rəsmi üzr istədiyini deyən Cümşüd Nuriyev efirdə təkrar Azərbaycan qadınlarından üzr istəyib:

“Birinci Qarabağ qazilərindən üzr istəyirəm. Bütün xanımlardan üzr istəyirəm, çünki söhbət bir əlin barmağı qədər olan qadınlardan söhbət gedirdi.
Lakin bunu da deməli deyildim. Məsələnin bu qədər şişməsini istəmirəm. Cəmiyyət mövzusuz qaldığına görə istəyirəm məsələ bağlansın. Hər bir qadın mənə əzizdir”.

SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 29-11-2019, 10:20