Narkotik 26 yaşlı gənci 7 aya bu hala saldı - FOTO
ABŞ-ın Missuri ştatından olan Cennifer Salfen-Treysi övladının narkotik istifadəsindən sonra pis vəziyyətə düşməsi ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, amerikalı valideyn "Facebook" sosial şəbəkəsinə övladının 7 ay ərzində narkotik maddələrdən istifadə etdiyi üçün hansı vəziyyətə düşməsi ilə bağlı foto yerləşdirib.
Fotoda 26 yaşlı Kodi Bişop narkoman olmamışdan öncə sağlam və güclü görünsə də, 7 aydan sonra inanılmaz görkəmə düşüb.
Qeyd edək ki, amerikalı gəncin heroin və metamfetamin istifadəçisi olduğu deyilir.
KARUSEL / DÜNYA
Tarix: 14-10-2019, 13:15