mobil versiya

Suriya Milli Ordusunun itkilərinin sayı açıqlanıb



Suriya Milli Ordusu 9 gündür Suriyada keçirilən antiterror əməliyyatı nəticəsində 64 şəhid verib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, oktyabrın 18-də Tel Abyad və Rasulaynın terrorçu PKK/YPG-PYD qruplaşmasından təmizlənməsi nəticəsində 18 döyüşçü şəhid olub, 51-i yaralanıb, 1 döyüşçü isə itkin düşüb.

Antiterror əməliyyatı başlayandan bu günədək Suriya Milli Ordusunun cəmi 64 döyüşçüsü şəhid olub, 187 döyüşçüsü isə yaralanıb.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.

KARUSEL / DÜNYA
Tarix: 17-10-2019, 16:30