mobil versiya

Dönər məhsulunda at DNT-si aşkarlandı - AQTA siyahı yaydı




Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən süd məhsullarından 111 və hazır dönərlərdən 174 nümunə götürülərək müayinə məqsədilə Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
AQTA-dan verilən xəbərə görə, nümunələrin sınaq nəticəsinə əsasən, 5 pendir, 3 xama, 2 kəsmik, 9 ət və 3 toyuq dönəri olmaqla ümumillikdə 22 məhsulun minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi və nümunələrdə bağırsaq çöpləri qrupuna aid olan Escherichia Coli bakteriyası aşkar olunub.
Qeyd edək ki, insanlar virulent E.Coli ştamları ilə çiy və ya az bişmiş qida məhsullarının (ət və ət məhsulları, süd və süd məhsulları, çirklənmiş meyvə və tərəvəz və s.) istehlakı zamanı yoluxa bilərlər. E.Coli ilə yoluxmanın əsas əlamətlərinə diareya, iştahasızlıq, ürəkbulanma, qusma, yorğunluq, hərarətin yüksəlməsi və s. daxildir.
Bundan əlavə, Agentlik əməkdaşları tərəfindən məhsulun etiketində bitki yağından istifadə edilməsi barədə qeydlərin mövcud olmamasına baxmayaraq, 1 süd məhsulunun tərkibində fitosterinlər, həmçinin 1 dönər məhsulunda isə at DNT-si aşkar edilib. 51 nümunənin müayinələri isə hazırda davam etdirilir.
Sınaq nəticəsində uyğunsuzluq aşkarlanmış 2 müəssisədə (“Xırman” MMC və fiziki şəxs Salamov Ramin Yusif oğluna məxsus “Dönərçi Baba” dönər evi) plandankənar yoxlama aparılıb. Yoxlama çərçivəsində hər 2 müəssisədə aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb, “Dönərçi Baba” dönər evinin fəaliyyəti məhdudlaşdırılıb.
Bundan əlavə, dönər evinə xammal kimi qəbul olunan çiy dönər istehsal edən müəssisədə, eləcə də monitorinq zamanı uyğunsuzluq aşkarlanmış digər sahibkarlıq subyektlərində qanunvericiliyə uyğun tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin ticarət şəbəkələrinin rəhbərlərinə uyğunsuzluq aşkarlanan məhsulların satışdan çıxarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.
AQTA bir daha qida təhlükəsizliyi sahəsində qanunsuz fəaliyyətlə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd əməllərdən yayınmağa çağırır. Agentlik tərəfindən əhalinin sağlamlığının, həmçinin istehlakçı hüquqlarının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qanunvericiliyin tələblərini pozanlara qarşı sərt cəza tədbirləri ardıcıl olaraq bundan sonra da davam etdiriləcək.

Laborator nəticəsində uyğunsuzluq aşkar edilmiş sahibkarlıq subyektlərinə dair
 MƏLUMAT
 
Sahibkarlıq subyektiMəhsulun adıMəhsulun istehsal tarixiMəhsulun çəkisiLaborator nəticələr

1.               "Kaspian Prodakşn Layn" MMC"Ağartı" əmtəə nişanlı
 9% yağlılıqda kəsmik
04.11.2022200 qrE.Coli 
2.               "Həyat Qida" MMC"Tək Süd" əmtəə nişanlı pendir11.11.20226 kqE.Coli 
3.               "Xırman" MMC"Qaymaq" əmtəə nişanlı
 duzsuz pendir
18.11.2022300 qrE.Coli 
4.               Fiziki şəxs Əsgərov Elşən Süleyman oğlu"Hər Gün" əmtəə nişanlı "Yayla" pendiri20.11.2022250 qrE.Coli 
5.               Fiziki şəxs Mehdiyev Vüsal"Qarabağ Dadı" əmtəə nişanlı
 40% yağlılıqda  "Bərdə" pendiri
12.11.20223 kqE.Coli 
6.               "Şamaxı Dairy Farm" MMC"Luga" əmtəə nişanlı 25% yağlılıqda xama02.11.2022350 qrβ-sitosterin 
7.               "Yurdum" əmtəə nişanlı 25% yağlılıqda xama09.11.2022175 qrE.Coli 
8.               Fiziki şəxs Selman İbrahim"Selman" əmtəə nişanlı 18% yağlılıqda Şokoladlı kəsmik09.11.2022400 qrE.Coli 
9.               Fiziki şəxs Quliyev Kazım Camal oğlu"Göyçə" əmtəə nişanlı 65% yağlılıqda xama15.11.2022200 qrE.Coli 
10.           "İlkin-N" MMC"Dərələyəz Mahal" əmtəə nişanlı pendir01.11.20223 kqE.Coli 
Laborator nəticəsində uyğunsuzluq aşkar edilmiş sahibkarlıq subyektlərinə dair
 MƏLUMAT
 
Sahibkarlıq subyektiÜnvanıMəhsulun adıLaborator nəticələr

1.      Fiziki şəxs Muradov Abdulla İbrahim oğluna məxsus
 "Adana" dönər evi
Bakı şəhəri,Suraxanı rayonu, Yeni Suraxanı ştq, Yeni Günəşli qəs., ev 12Sət dönəriE.Coli 
2.      Fiziki şəxs Haqverdiyeva Həbibə İsmayıl qızına məxsus "Tuncayın Mətbəxi" iaşə müəssisəsiGəncə şəhəri, Ş.İ.Xətai prospekti, ev 105bət dönəriE.Coli 
3.      Fiziki şəxs Salamov Ramin Yusif oğluna məxsus "Dönərçi Baba" dönər eviŞəki şəhəri, M.F.Axundov prospektiət dönəriE.Coli;
 At DNT-si
 
4.      Fiziki şəxs İbrahimov Elvin Rafiq oğluna məxsus "İncir" restoranıAbşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küç., ev 2Aət dönəriE.Coli 
5.      Fiziki şəxs Absəlimov Vüsal Elşad oğluna məxsus "Lider" dönər eviSumqayıt şəhəri, 34-cü məhəllə, ev 55/12ət dönəriE.Coli 
6.      Fiziki şəxs Qarayev Mehmana məxsus "Bol" dönər eviMingəçevir şəhəri, M.Maqomayev küçəsitoyuq dönəriE.Coli 
7.      Fiziki şəxs Əliyev Malik Mehdi oğluna məxsus dönərxanaBeyləqan rayonu, Magistral küçəsitoyuq dönəriE.Coli 
8.      Fiziki şəxs Məmmədov İlkin Şükür oğluna məxsus iaşə müəssisəsiXaçmaz rayonu, Xaçmaz şəhəri, 1 nömrəli Sovxozun 4-cü şöbəsitoyuq dönəriE.Coli 
9.      Fiziki şəxs Allahverdiyeva Zenfira Teymur qızına məxsus "Köz Piliç" kafesiXaçmaz rayonu, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 262ət dönəriE.Coli 
10.  Fiziki şəxs Orucəliyev İftixar Cabir oğluna məxsus "Lüks" dönər eviQuba şəhəri, 223-cü Diviziya küçəsiət dönəriE.Coli 
11.  Fiziki şəxs Musayev Gülyar Asəf oğluna məxsus
 "Tatlı Köz Dönər" restoranı
Quba şəhəri, məhəllə 29ət dönəriE.Coli 
12.  Fiziki şəxs Tahirov Elvin Kamran oğluna məxsus
 "Manqallı Dönər" restoranı
Quba şəhəri, Qəçrəş yoluət dönəriE.Coli 



KARUSEL / HADİSƏ
Tarix: 29-12-2022, 17:19