mobil versiya

Qazaxıstanda yanvar iğtişaşlarında hansı ölkələrin vətəndaşları iştirak edib?



Qazaxıstanda ötən ilin yanvarında baş vermiş iğtişaşların iştirakçılarının əksəriyyəti yaşı 35-dən aşağı olan gənclərdir.
Kazinform agentliyi xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Baş prokuroru Berik Asılov parlamentin plenar iclasında çıxışı zamanı bildirib.
“Ümumilikdə, xüsusi prokurorların icraatında 720 cinayət işi olub. Bu işlər üzrə qadağan olunmuş ekstremist cərəyanlara mənsub 25 nəfər saxlanılıb. Mütəşəkkil cinayətkar dəstələrin 42 üzvü həbs edilib. Bundan başqa, şübhəlilər arasında destruktiv dini cərəyanların 8 tərəfdarı da var. 126 nəfər isə əvvəllər adam öldürmə, oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinə görə məhkum olunmuş şəxslərdir”, – Berik Asılov belə deyib.
Baş prokurorun sözlərinə görə, əcnəbilər də kütləvi iğtişaşlarda və digər cinayətlərdə iştirak etməkdə şübhəli bilinirlər. Onların arasında Özbəkistan, Rusiya, Qırğızıstan və Tacikistan vətəndaşları var.

KARUSEL / DÜNYA
Tarix: 5-01-2023, 12:18