Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan gənc həbs olundu
Bu il yanvarın 3-də iki gəncin Milli Konservatoriyanın qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atmasını əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılmışdı.
DİN-inin yaydığı məlumata görə, görüntülər polis əməkdaşları tərəfindən araşdırılmış və keçirilmiş tədbirlərlə qeyd olunan əməli törətmiş 21 yaşlı İsmayılov Elvin Elgün oğlu və 17 yaşlı Cəfərov Fərid Fəxrəddin oğlu müəyyən olunaraq saxlanılmışlar.
Araşdırma zamanı Elvin İsmayılovun bu il yanvarın 1-də saat 15:40 radələrində sərxoş vəziyyətdə Milli Konservatoriyanın qarşısından keçərkən tanışı Fərid Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykəl istiqamətində atdığını etiraf etmişdir.
Faktla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, Fərid Cəfərov cərimə olunmuş, Elvin İsmayılov isə Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir.
KARUSEL / HADİSƏ
Tarix: 6-01-2023, 14:41