mobil versiya

“Əlimizdən gələni edəcəyik”- İsrail XİN rəhbəri Türkiyəyə gəldi, dəstək vədi verdi



Ankarada səfərdə olan İsrail xarici işlər naziri Eli Kohen türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra mətbuat konfransı keçirib.
Kohen bildirib ki, səfərinin məqsədi zəlzələlərdən sonra İsrailin Türkiyə ilə həmrəyliyini göstərmək, eyni zamanda ikitərəfli əlaqələri müzakirə etməkdir.
“Bu əlaqələr son bir ildə həqiqətən də inkişaf edib. İsrail hökuməti və xalqı adından səmimi başsağlığımızı bildirir, dəstək vədlərimizi çatdırmaq istəyirəm”, – XİN rəhbəri deyib.
Zəlzələlərdən zərər çəkən hər kəsə yardım etməyə çalışacaqlarını ifadə edən Kohen baş verənləri ötən əsrin ən böyük fəlakətlərindən biri adlandırıb: “Türkiyə və türk xalqı ilə həmrəy olduğumuzu, bu çətin günlərdə bunu davam etdirəcəyimizi bir daha ifadə etmək istərdim. Həm indi, həm də gələcəkdə əlimizdən gələn bütün yardımı göstərəcəyik. Çünki başa düşdüyüm qədər, qarşıda duran problemlər həqiqətən böyükdür”.

KARUSEL / DÜNYA
Tarix: 14-02-2023, 14:40