mobil versiya

Türkiyədə dağıntılar altından tapılmış 1838 kimsəsiz körpə qeydə alınıb



Türkiyədə baş vermiş təbii fəlakətdən sonra dağıntılar altından çıxarılan 1838 kimsəsiz uşaq qeydiyyata alınıb, 1286 uşaq isə müraciət edənlərin şəxsiyyəti yoxlanılaraq ailələrinə təhvil verilib.
Anadolu agentliyi  xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.
Nazirliyin sosial media hesabında deyilir: “Müraciət edənlərin şəxsiyyəti yoxlanıldıqdan sonra 1286 uşaq ailələrinə təhvil verilib, 85 uşaq müalicə olunduqdan sonra nazirlik tərəfindən himayəyə götürülüb və 467 övladımızın xəstəxanalarda davam edən müalicə prosesi hazırda nəzarətdə saxlanılır. Şəxsiyyəti hələlik məlum olmayan 213 uşağımız var”.
KARUSEL / DÜNYA
Tarix: 21-02-2023, 10:45