mobil versiya

Azərbaycanın xilasediciləri Kahramanmaraşda 825 ədəd çadır qurub



"Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərində 825 ədəd çadır qurub".
Bunu Azərbaycanın fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
"Bildiyiniz kimi, Kahramanmaraşda müxtəlif ərazilərdə çadır şəhərciklərimiz var. Burada tərəfimizdən zəlzələdən zərərçəkmiş insanlara yemək paylanılır. Çalışırıq ki, qarşımıza qoyulan bütün vəzifələri yerinə yetirək. Bu da bizə qürur verir. Çünki bizi bura cənab Ali Baş Komandan, xalqımız göndərib. Hazırda Azərbaycan tərəfindən göndərilən humanitar yardımlar davam etdirilir" - nazir müavini vurğulayıb.(Report)
KARUSEL / GÜNDƏM
Tarix: 21-02-2023, 16:08