mobil versiya

Şəkidə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib




Martın 17-də “Heydər Əliyev İli” çərçivəsində Şəki Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
“Reportyor.az” xəbər verir ki, aksiyada şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının könüllüləri, idarə və müəssisələrin əməkdaşları iştirak ediblər.
Şəki Heydər Əliyev Mərkəzinin qarşısındakı ərazidə keçirilən aksiya zamanı şam ağacları əkilib, yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiyanın məqsədi ölkəmizdə ətraf mühitin qorunmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mühitinin sağlamlaşdırılmasına töhfə vermək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdən ibarət olub.










KARUSEL / CƏMİYYƏT
Tarix: 17-03-2023, 14:45