Samuxda narko-kuryerlik edən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini Elyar Əliyev və Gəncə şəhər sakini Emil Rzayev Samux rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.
Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilən zaman əllərindəki çantadan 1 kq 640 qram heroin, 2 kq 85 qram marixuana və 30 ədəd tramal həbləri aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.


KARUSEL / HADİSƏ
Tarix: 16-05-2023, 09:27