Bu ay ilan sancması ilə əlaqədar 5 müraciət olub
Bu il ilan sancması ilə əlaqədar ilk müraciət aprelin 4-də olub. May ayında isə ilan vurması nəticəsində daha 5 müraciət qeydə alınıb. Zərərçəkənlərə ilkin yardım göstərilərək onların həyatını xilas etmək mümkün olub.
Bu barədə AZƏRTAC-a Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.
Baş həkimin verdiyi məlumata görə, may ayında dərman zəhərlənməsi ilə əlaqədar 28, sirkə turşusundan 16, spirtli içkidən 5, qida infeksiyasından 4, dəm qazından 3, anafilaktik şokla əlaqədar 2, allergiyadan 7 zəhərlənmə halı olub. Təəssüf ki, sirkədən zəhərlənənlərdən bir nəfərin həyatını xilas etmək mümkün olmayıb. Digər müraciət edənlər yardım göstərildikdən sonra evə buraxılıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 22-05-2023, 15:29