mobil versiya

Baş Prokurorluqda Avropa İttifaqının nümayəndə heyəti ilə görüş


İyunun 1-də Baş Prokurorluqda Avropa İttifaqının Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) sahəsində Risklərin Yumşaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri Təşəbbüsünün Cənub Şərqi və Şərqi Avropa katibliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, görüş zamanı qeyd olunan katibliyin regional koordinatoru Talqat Talubayev görüşə görə minnətdarlığını bildirərək Kimyəvi və Bioloji Cinayətlər üzrə Prokurorun Bələdçisi təlimat kitabçasının təqdimatını keçirib.
Sözügedən Təşəbbüs çərçivəsində ölkəmizin də qoşulduğu layihələrin gedişatı, icra vəziyyəti və əldə olunmuş nəticələr, o cümlədən KBRN ilə bağlı risklərin azaldılması sahəsində milli səviyyədə ehtiyacların qiymətləndirilməsi barədə faydalı təcrübə mübadiləsi aparılıb.
 

KARUSEL / CƏMİYYƏT
Tarix: 1-06-2023, 16:44