mobil versiya

Hindistan Nepala 43 təcili yardım maşını, 50 məktəb avtobusu hədiyyə edib




Hindistan Nepal-Hindistan İnkişaf Tərəfdaşlığı Proqramı çərçivəsində Nepala 43 təcili yardım maşını və 50 məktəb avtobusu hədiyyə edib.
"The Print" xəbər verir ki, Nepalın Elm, Təhsil və Texnologiya naziri Aşok Rai, bunun tələbələrə təhsilləri zamanı kömək edəcəyini söyləyib: "Hazırda məktəblər qeyri-bərabər paylanır. Əvvəllər məktəblərin xəritəsi yox idi, amma indi biz onları birləşdirməyi planlaşdırırıq. İki-üç məktəbin bir məktəbə birləşməsi açıq şəkildə tələbələrin daha çox səyahət etməsinə səbəb olardı. Məhz buna görə məktəblərimizin daha çox nəqliyyat vasitələrinə ehtiyacı var. Avtobuslara tələbat artır".
1994-cü ildən bəri dəbdə olan Nepal-Hindistan İnkişaf Tərəfdaşlığı Proqramı çərçivəsində indiyədək Hindistan hökuməti tərəfindən ümumilikdə 974 təcili yardım maşını və 234 məktəb avtobusu hədiyyə edilib.
Səhiyyə və təhsil sektorunda davamlı dəstəyi elan edən Hindistanın Nepaldakı səfiri Naveen Srivastava, qarşıdakı günlərdə məktəb avtobuslarının sayını artıracağını vəd edib.
KARUSEL / DÜNYA
Tarix: 17-07-2023, 16:01