Beyrutda Bank filialı ələ keçirilib

Livan vətəndaşı Beyrutun cənubundakı Şeximdə bank filialını ələ keçirib və onu partlatmaqla hədələyir.
Həmin şəxs bankdakı 35 min dollar əmanətini çıxarmaq niyyətində olub, əlində qumbara ilə banka daxil olub və binanı partlatmaqla hədələyib. Hazırda mühafizə xidməti binanı mühasirəyə alıb, danışıqlar aparılır.
Bank binasının zəbt edilməsi nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilmir.
Qeyd edək ki, Livanda iqtisadi vəziyyət son bir neçə ildə dözülməz həddə çatıb. Dünya Bankı daha əvvəl Livanın maliyyə çöküşünü 19-cu əsrin ortalarından bəri ən fəlakətli adlandırmışdı. Onun sözlərinə görə, ölkə əhalisinin 70%-i yoxsulluq həddinin altındadır. 2023-cü ilin may ayının sonunda maliyyə analitiki Mayk Azar bəyan edib ki, 2019-cu ildən bəri böhran səbəbindən Livan funtu öz dəyərini 95% itirib, inflyasiya isə 190%-ə çatıb. İqtisadi problemlər fonunda Beyrut və Livanın digər şəhərlərində bir sıra banklar vaxtaşırı girov götürmə ilə müşayiət olunan hücumlara məruz qalır.
KARUSEL / DÜNYA
Tarix: 18-07-2023, 16:10