mobil versiya

Qazaxda toy karvanında silahdan atəş açılıb, təhlükəli anlar yaşanıb - FOTO



Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb.

REPORTYOR.AZ APA-nın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan “VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır.

Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.




KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 11-11-2019, 21:00