İcra başçısının qardaşını oğlu qətlə yetirib
Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.
A.Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisə iyulun 26-da Kürdəmir rayonunun Pirəköcə kəndində baş verib. Azər Qaraşov aldığı güllə yarasından dünyasını dəyişib. Əvvəlcə onun intihar etdiyi bildirilib.(report)
KARUSEL / HADİSƏ
Tarix: 28-07-2023, 09:41