mobil versiya

Goranboyda 3 kq narkotik saxlayan şəxs tutuldu



Goranboyda qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Goranboy Rayon Polis Şöbəsindən verilən xəbərə görə, şöbəyə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Tərtər rayon sakini Ruslan İbrahimov Goranboy rayon Borsunlu kəndi ərazisində saxlanılıb.
Polis şöbəsində şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan ümumi çəkisi 3 kq olan narkotik vasitə olan “marixuana” aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.



KARUSEL / HADİSƏ
Tarix: 2-08-2023, 10:43