mobil versiya

Bakıda yarıçılpaq kişi qadınlara hücum çəkdi - ŞOK VİDEO



Sosial şəbəkələrdə Bakıda naməlum şəxslərin küçədə avtomobil yolunu bağlaması və avtomobillərin hərəkətinə mane olması barədə video yayılıb.

BAKU.WS
xəbər verir ki, videodan göründüyü kimi 2 nəfər avtomobil yolunu bağlayır, yüksək səslə sürücüləri narahat edir, avtomobillərin hərəkətinə imkan vermir, qadınları təhqir edir. Hadisənin "Neftçilər" metrosu yaxınlığında qeydə alındığı deyilir.

Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə araşdırılır.

 "Videogörüntülərdə əks olunan hadisədən məlumatlıyıq. Hadisə ilə bağlı müvafiq rayon polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək”, - deyə Elşad Hacıyev bildirib.


KARUSEL / HADİSƏ / VİDEOXƏBƏR
Tarix: 13-11-2019, 11:15