mobil versiya

Ərdoğan 57 vilayətin valisini vəzifəsindən azad edib



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 81 vilayətindən 57-sinin valisinin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı fərman imzalayıb. 
"AzPolitika.info" xəbər verir ki, fərmanda kadr dəyişikliyinin səbəbləri göstərilməyib. Fərman Ankara və İstanbul valilərinə aid edilmir.
Müxalifətçi siyasətçilərin fikrincə, prezident Türkiyə Nazirlər Kabineti və Milli Təhlükəsizlik Şurasının bir gün əvvəl keçirilən iclaslarının nəticələrinə əsasən belə bir qərar verib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə lideri regionlardakı təhlükəsizlik idarələrinin rəhbərlərinin əksəriyyətini vəzifəsindən azad edib. 

KARUSEL / DÜNYA
Tarix: 10-08-2023, 12:15