mobil versiya

“Ərdoğan prezident seçkilərindən əvvəl Əsədlə görüşə bilər”



“Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçiriləcək prezident seçkilərindən əvvəl Suriya lideri Bəşər Əsədlə görüşə bilər”.

Bu barədə Türkiyə mətbuatı yazıb.
“Normallaşma prosesinin üçüncü mərhələsində prezident Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsədin görüşü gözlənilir. Ərdoğanın Suriya lideri ilə may ayında keçirilməsi gözlənilən prezident seçkilərindən əvvəl görüşə biləcəyi ehtimal edilir”, – məlumatda deyilir.
Qeyd edək ki, Rusiya prezidentinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev Moskvanın Suriya və Türkiyə prezidentləri arasında görüş keçirməyə çalışdığını bildirib.
KARUSEL / DÜNYA
Tarix: 10-01-2023, 12:19