Türkiyə və Suriya liderləri görüşə bilər
Türkiyə və Suriya liderlərinin görüşü baş tuta bilər.
Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar NTV kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, bu şərtlərin uyğun olduğu şəkildə baş tuta bilər.
Akar əlavə edib ki, Türkiyə, Rusiya və Suriya müdafiə nazirlərinin Moskva görüşü zamanı miqrantlar və terrorla mübarizə məsələlərində razılıq əldə olunub.
Qeyd edək ki, dekabrın 28-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar və MİT rəhbəri Hakan Fidan Rusiyada səfərdə olublar. Moskvada Rusiya Federasiyası, Suriya və Türkiyə müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin arasında üçtərəfli danışıqlar keçirilib. (APA)
KARUSEL / DÜNYA

Tarix: 30-12-2022, 14:40