mobil versiya

Türkiyə-Rusiya-Suriya müdafiə və kəşfiyyat rəhbərlərinin üçtərəfli görüşünün detalları



Moskvada Türkiyə milli müdafiə naziri Hulusi Akar və Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidan, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu, Suriya müdafiə naziri Əli Mahmud Abbas və Rusiya Federasiyası və Suriya kəşfiyyatının rəhbərləri arasında üçtərəfli görüş keçirilib.
Bunu bu gün Türkiyə milli müdafiə naziri Hulusi Akar üçtərəfli görüşü ilə bağlı açıqlamasında bildirib.
O qeyd edib ki, görüşdə Suriyada və bölgədə vəziyyətin ən qısa zamanda yaxşılaşdırılması, sülh, əmin-amanlıq və sabitliyin təmin edilməsi üçün nələr edilə biləcəyi müzakirə edilib.
"Görüşdə qaldırdığımız ən mühüm məsələlərdən biri də terrorla mübarizə idi. Başda Suriya və İraq olmaqla bütün qonşularımızın ərazi bütövlüyü və suverenlik hüquqlarına hörmət etdiyimizi, yeganə məqsədimizin terrorla mübarizə olduğunu, başqa məqsədimiz olmadığını vurğuladıq.
Ümid edirik ki, bölgəyə sülh, əmin-amanlıq və sabitlik tezliklə gələcək. Bunun üçün indiyə qədər etdiyimiz kimi bundan sonra da üzərimizə düşən vəzifələri yerinə yetirəcək, lazımi töhfələri verəcəyik", - deyə H.Akar bildirib.

KARUSEL / DÜNYA
Tarix: 29-12-2022, 11:37