mobil versiya

Ərdoğan Bəşər Əsədlə görüşəcəyini bildirib



Rusiya-Türkiyə-Suriya olaraq bir prosesə başladıq. Xarici işlər nazirlərimizi bir araya gətirəcəyik, sonra da baş verənlərə görə lider olaraq bir araya gələcəyik.
Bu barədə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Rusiya-Türkiyə-Suriya olaraq kəşfiyyat və müdafiə nazirlərinin Moskvadakı görüşü ilə bir proses başladı.
"Xarici işlər nazirlərimizi üçlük olaraq yenidən bir araya gətirəcəyik. Daha sonra baş verənlərə görə lider olaraq bir araya gələcəyik. Bizim narahatlığımız bölgədə sülh və əmin-amanlığın təmin edilməsi və sülhün hökm sürməsidir", - deyə R.T.Ərdoğan əlavə edib.
KARUSEL / DÜNYA
Tarix: 5-01-2023, 16:32