mobil versiya

Ölkə ərazisində qeydə alınan 112 cinayətin açılması təmin olunub



Avqustun 12-də və 13-də ölkə ərazisində qeydə alınan 101, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarılan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə yeddi nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 57, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.

KARUSEL / HADİSƏ
Tarix: 14-08-2023, 11:06