Sel suları bir neçə rayonda yol infrastrukturuna ziyan vurub
Yağan güclü yağış nəticəsində yaranan sel suları Lerik, Astara, Zaqatala və Balakən rayonlarında yol infrastrukturuna və yol qurğularına ziyan vurub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, hazırda yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur, yolların və yol qurğularının bərpası istiqamətində aparılan işlər davam etdirilir.
Qeyd edək ki, senytabrın 18-i saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Şahdağda, Zaqatala rayonunun dağlıq ərazilərində qar yağıb.
KARUSEL / ÖLKƏ
Tarix: 18-09-2023, 11:21