mobil versiya

İrəvanda küçələri bağlayan etirazçılar saxlanılıb



Ermənistan polisi səhər tezdən baş nazir Nikol Paşinyanın istefasını tələb edən, İrəvanın mərkəzi prospektlərindən biri olan Arşakunyatsı bağlamağa cəhd göstərən müxalifət fəallarını saxlayıb.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə asayiş keşikçiləri etirazçılara prospekti açmaq üçün vaxt veriblər, bundan sonra onları saxlamağa başlayıblar. Təxminən 10 nəfər polisə aparılıb.
Qeyd edək ki, etirazçılara Paşinyanın və onun hökumətinin istefasını tələb edirlər, həmçinin hakimiyyəti “xəyanət”də ittiham edirlər.


KARUSEL / DÜNYA
Tarix: 26-09-2023, 09:48